“Hizbullah” lideri Həsən Nəsrullah həlak olduqdan sonra onun gözlənilən varisi
ilə bağlı suallar yaranıb. Hərəkatın liderliyinə bəhs edilən əsas ad, İran
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının keçmiş komandanı
Qasım Süleymaninin kürəkəni və Nəsrullahın əmisi oğlu Haşim Safi əd-Dindir.
Bu barədə “Azad İran” “Telegram” kanalı İran mediasına istinadla xəbər verib.
Bildirilir ki, o, Tehranla da çox yaxşı münasibətlərə malikdir. Şeyx Həsən
Nəsrullah 1994-cü ildə partiyadakı vəzifələri öz üzərinə götürmək üçün onu
Beyruta çağırana qədər bir neçə il Qum elmi-dini hövzəsində təhsil alıb.
Qeyd olunub ki, o vaxtdan zahiri görünüşü və baxışlarına görə əmisi oğluna
bənzəyən Səfi əd-Din varis hesab olunub.