"Hizbullah" yunan Kiprini müharibə ilə hədələdi

“Hizbullah” yunan Kiprini müharibə ilə hədələdi

Baxış sayı: 426 dəfə baxılıb.

“Hizbullah” İsrailə hava limanlarından Livana qarşı mümkün hücumlara şərait yaradacağı təqdirdə Cənubi Kipr Rum Administrasiyasına qarşı müharibə qaydalarına uyğun hərəkət ediləcək.

Bunu “Hizbullah” lideri Həsən Nəsrullah videokonfrans vasitəsilə bəyan edib.

“Kipr Rum Administrasiyasını müharibənin bir hissəsi kimi qəbul edəcəyik və buna uyğun münasibət göstərəcəyik”, – Nəsrullah deyib.