“Ötən həftə İrana bağlı “Hizbullah” təşkilatının baş katibi Həsən Nəsrullahın
İsrail ordusunun hava zərbələri nəticəsində həlak olması beynəlxalq gündəmin
əsas mövzusuna çevrilməklə, ən müxtəlif reaksiyalar doğurub. Məsələn, İranda
ölkənin ali rəhbərindən tutmuş əyalət mollalarına qədər çoxsaylı rəsmilər
Tehrana ağır zərbə olan bu hadisə ilə bağlı bəyanatlar yayıblar. Hadisənin
bilavasitə baş verdiyi Livanın özündə də, təbii ki, müxtəlif siyasi təşkilatlar
və dini qurumlar, eləcə də tanınmış şəxslər məsələyə dərhal münasibət
bildiriblər”.
Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan yeni süjetdə qeyd olunur.
Bildirilir ki, “Hizbullah” liderinin öldürülməsi ilə bağlı verilən çoxsaylı
açıqlamalar içərisində biri diqqəti xüsusilə cəlb edir.
“Söhbət Livanda “Taşnaq Partiyası” adı ilə tanınan Erməni İnqilabi
Federasiyası – “Daşnaksütyun”un Mərkəzi Komitəsinin yaydığı bəyanatdan gedir.
Həcmcə çox da böyük olmayan bu bəyanatın mətni Livandakı erməni daşnaklarının
Həsən Nəsrullaha və onun rəhbərlik etdiyi təşkilata xüsusi münasibətini əks
etdirir.
Partiyanın bütün sosial media hesablarında yer almış bəyanatda belə deyilir:
“Biz “Hizbullah”ın baş katibi Seyid Həsən Nəsrullahın qəddar düşmənin əli ilə
şəhid olması ilə əlaqədar İslam Müqavimətindəki qardaşlara, təşkilatın
rəhbərliyinə, üzvlərinə və tərəfdarlarına başsağlığı veririk. Müqavimətin
öndəri öz şəhid yoldaşlarına qovuşmaq üçün bizdən ayrılaraq tarixə öz adı ilə
yanaşı müqavimət və mətinliyin yeni mənasını həkk edib”.
Bəyanatda daha sonra vurğulanır: “Müqavimətin başçısı Livanın onun müdriklik
və səbrinə ehtiyacı olduğu bir vaxtda dünyadan köçdü. Qarşıdakı müddət
vətənimiz üçün çətin olacaq. Biz hamımız ölkənin və xalqın qorunması üçün
məsuliyyətli olmalıyıq”.
Ətraflı yeni videosüjetdə:
“Hizbullah”ı ermənilərlə nə birləşdirir?