İsrail hərbçiləri Livanın cənubundakı Xiam bölgəsində “Hizbullah”ın silahlı
qanadının iki səhra komandirini məhv edib.
Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti
məlumat yayıb.
Məlumata görə, öldürülənlər Faruk Əmin Alasi və Yusef Əhməd Nundur. Alasi
İsrailin Qaliley bölgəsindəki yaşayış mərkəzlərinə, o cümlədən Metula şəhərinə
çoxsaylı raket hücumlarına görə cavabdeh olub.
Nun isə Radvan xüsusi təyinatlılarının komandiri kimi fəaliyyət göstərib.