İsrail aviasiyasının Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində
Həsən Nəsrullahın ölümündən sonra “Hizbullah”ın baş katibi olmağa əsas namizəd
kimi göstərilən Haşim Səfiuddin həyatını itirib.
Cixisyolu.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, aviazərbə nəticəsində Haşim Səfiuddinlə birlikdə İran İslam
İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə zabiti də həlak olub.
Xatırladaq ki, daha əvvəl HƏMAS lideri İsmayıl Haniyə, “Hizbullah” lideri
Həsən Nəsrullah və SEPAH-ın komandiri Abbas Nilfuruşan da İsrail tərəfindən
qətlə yetiriliblər.