eb6a7335-2fa0-4784-bb5f-df445f224632..jpg

Hökməlidə narkotik satan şəxsdən 2 kiloqram heroin götürülüb – FOTO/VİDEO

Baxış sayı: 901 dəfə baxılıb.

Hökməlidə narkotik satan şəxsdən 2 kiloqram heroin götürülüb – FOTO/VİDEO

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata
keçirdikləri növbəti əməliyyat nəticəsində Hökməli qəsəbəsində narkotiklərin
satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb.

DİN-dən verilən məlumata görə, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Əhəd
Qədirov tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən
külli miqdarda – 2 kiloqrama yaxın heroin aşkar olunub. Əhəd Qədirov ifadəsində
bir müddət əvvəl “Araz” adlı İran vətəndaşı ilə tanış olduğunu, daha sonra onun
maddi gəlir qarşılığında ölkə ərazisində narkokuryerlik təklifinə razılıq
verdiyini bildirib. O, həmin şəxsin qaçaqmalçılıq yolu ilə Azərbaycana
göndərdiyi narkotik vasitəni satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis
İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Source link