ded205e0-d949-4b38-9439-cd5a2cca061e..jpg

Hökumət Milli Məclisdə toplanacaq

Baxış sayı: 577 dəfə baxılıb.

Hökumət Milli Məclisdə toplanacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin yaz sessiyasında hökumətin növbəti dəfə Milli Məclisin iclasına
toplaşacağı gözlənilir. Bu, ötən ilin dövlət büdcəsinin icrası ilə əlaqədar
təqdim olunan hesabatla bağlıdır.

“Büdcə sistemi haqqında” Qanuna əsasən, dövlət büdcəsinin icrasına nəzarəti
Azərbaycan Respublikasının Milli Məclisi və onun Hesablama Palatası həyata
keçirirlər.

Bu dəfə hökumət 2023-cü ilin dövlət büdcəsinin icrasına dair Milli Məclisə
hesabat təqdim edəcək.

Milli Məclisin müvafiq iclasında hesabatı, adətən, maliyyə naziri təqdim edir.
Ancaq baş nazir də daxil olmaqla hökumətin digər üzvləri də iclasda iştirak
edir, sual və təkliflərə cavab verirlər.

Müzakirələr zamanı Hesablama Palatasının həmin sənəd haqqında rəyi dinlənilir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun 2023-cü ilə dair hesabat
tədbirində çıxışı zamanı deyib ki, qeyd olunan sənəd may ayının ortasına
hazırlanacaq.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti bir qayda olaraq hər il Milli
Məclisin yaz sessiyasının beşinci iclasında öz fəaliyyəti haqqında hesabat
verir.

2024-cü ilin martın 15-də Nazirlər Kabinetinin hesabatı dinlənilib.

Bildirək ki, bundan başqa, parlamentin yaz sessiyası dövründə İnsan alverinə
qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı da dinlənilir.

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı
daxili işlər nazirinin birinci müavini təqdim edir.

Aqil Vəlili

Source link