Hökumət Ödəniş Portalının saytı və mobil tətbiqi fəaliyyətini dayandırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycandakı bankların, əksər bank olmayan ödəniş xidməti təchizatçılarının
internet və mobil bankçılıq həllərinin Hökumət Ödəniş Portalına (HÖP)
inteqrasiya edildiyi, bütün xidmət təşkilatları üzrə ödənişlərin bu
platformalardan aparılması imkanı olduğu nəzərə alınaraq HÖP-ün internet
səhifəsinin (https://gpp.az
tətbiqinin fəaliyyəti dayandırılıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
“HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə apardığınız ödənişləri
bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala
inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə
bilərsiniz”, – deyə məlumatda qeyd olunub.