63b18785-743a-47a0-8a1c-179c4744493c..jpg

Hökumət rəsmisi: “Azad edilmiş ərazilərin 80%-i hələ də minalardan təmizlənməyib”

Baxış sayı: 533 dəfə baxılıb.

Hökumət rəsmisi: “Azad edilmiş ərazilərin 80%-i hələ də minalardan
təmizlənməyib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azad edilmiş ərazilərin 80%-i hələ də minalardan təmizlənməyib”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət
Məmmədov Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və
qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı
deyib.

Onun sözlərinə görə, minalar, partlamamış hərbi sursatların ərazidə olması
yenidənqurma işlərini, insanların öz yurdlarına qayıtmasını çətinləşdirir:

“Minadan təmizlənmə çox vaxt aparan və baha başa gələn bir prosesdir. Artıq üç
ildir Azərbaycan ərazilərini işğaldan azad edib və bu 30 il ərzində həmin
ərazilər kifayət qədər dağıdılıb, dini-mədəni abidələr məhv edilib, ərazi
tamamilə minalarla çirkləndirilib, minalar bütün ərazilərdə pərakəndə şəkildə
basdırılıb. Hətta qəbiristanlıqlar, əkin sahələri belə minalanıb”.

Source link