932c970c-835e-43cf-8b66-9b36b26ce3dc..jpg

Hökumət sənədsiz evlərlə bağlı problemin həlli istiqamətində görülən işləri açıqlayıb

Baxış sayı: 549 dəfə baxılıb.

Hökumət sənədsiz evlərlə bağlı problemin həlli istiqamətində görülən işləri
açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hökumət sənədsiz evlərlə bağlı problemin həlli istiqamətində görülən işləri
açıqlayıb.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti
haqqında hesabatında əks olunub.

Qeyd olunub ki, fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyatı
qanunvericilikdə nəzərdə tutulmuş sənədlər olduğu təqdirdə həyata keçirilir.
Şəhərsalma tikinti və torpaq qanunvericiliyinin tələblərinə riayət edilmədən
inşa olunmuş fərdi yaşayış evləri ilə bağlı problemin köklü şəkildə həllinin
aidiyyəti dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində
mümkünlüyü nəzərə alınaraq, İqtisadiyyat Nazirliyinin təşəbbüsü əsasında
Prezident Administrasiyası rəhbərinin 2023-cü il 4 aprel tarixli məktubu və
Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə İqtisadiyyat Nazirliyi, Ədliyyə
Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və bir sıra yerli icra
hakimiyyəti orqanlarının nümayəndələrinin daxil olduğu idarələrarası işçi qrupu
yaradılıb. İşçi qrupunun 2023-cü il 22 iyun tarixində ilk iclası keçirilib.
Bununla bağlı işçi qrupu tərəfindən müvafiq normativ hüquqi akt layihələrinin
hazırlanması istiqamətində işlər davam etdirilir.

Source link