b3233560-51d2-4e49-8336-f5265b6f6677..jpg

Holanda göz dəydi

Baxış sayı: 894 dəfə baxılıb.

Holanda göz dəydi

Erlinq Holand zədə səbəbindən Norveç millisinin düşərgəsini tərk edib.

“Mançester Siti”nin hücumçusu “Bernli” ilə İngiltərə Federasiya Kubokunun
oyunundan (6:0) sonra qasıq nahiyəsindən ağrılar hiss edib. Bu səbəbdən o,
AVRO-2024-ün seçmə mərhələsində İspaniya və Gürcüstanla matçları buraxmalı
olacaq.

Olduqca məhsuldar mövsüm keçirən 22 yaşlı forvard bu mövsüm “Mançester
Siti”nin heyətində bütün turnirlərdə 37 matçda 42 qol, 5 məhsuldar ötürmə ilə
yadda qalıb. O, son iki oyunda 8 dəfə fərqlənib.

Mənbə: “Mirror”

Source link