Sement istehsalında dünya lideri sayılan Holcim Azərbaycan şirkəti öz müştərilərinə yeni Spesial sementini təqdim etdi.
Hər zaman yeni məhsullarla müştəriləri məmnun etməyə çalışan şirkət bu dəfə də İsveçrə formulası əsasında hazırlanan təkmilləşdirilmiş yeni Spesial 400 sementini bazara çıxardı.
Xatırlatmaq istərdik ki, keçən il şirkət Yeni Optimal 300 məhsulu ilə müştəriləri sevindirmişdir.
Yeni Spesial 400 sementi bünövrə, beton, daxili və xarici suvaq kimi bütün növ tikinti təmir işlərinin öhdəsindən asanlıqla gəlir. Asan qarışdırma, yüksək ilkin möhkəmlik, daha az su sərfiyyatı kimi amillərini özündə cəmləşdirən bu məhsul az məsrəf tələb edir və mükəmməl nəticəyə zəmanət verir.
Mütəxəssislər tərəfindən xüsusi peşəkarlıqla və İsveçrə formulası əsasında hazırlanan yeni tərkib məhsulun axarlılığının (plastikliyinin) artırılmasına, beton və suvaqda çatların azalmasına imkan yaradır.
Yeni məhsul suvağın səthinə hamarlıq verməklə yanaşı daxili və xarici suvaq, döşəmə altı qatlarda çatların əmələ gəlməməsinə müsbət təsirini göstərir. İndi sement isitifadəçiləri bu sadalanan amillər sayəsində öz işlərini həm sürətli həm də daha peşəkar şəkildə yerinə yetirə biləcəklər.
Çünki yeni məhsul betonda və suvaqda çatların əmələ gəlmisini 40% azalmasına kömək edəcək. Belə olan halda artıq həm ustalar həm də ev sahibləri mükəmməl nəticədən məmnun qalacaqlar.
İndi Siz də yeni spesialla mükəmməl nəticəyə nail olacaqsınız.
Sabahın bünövrəsini birlikdə quraq!