ABŞ-da keçirilən “Oskar” mükafatlandırma mərasimindən sonra Amerikalı aktrisa Frensis Makdormandın mükafatı oğurlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə NME məlumat yayıb.
Məlumatda qeyd olunur ki, aktrisa dostları ilə söhbətləşmək üçün heykəlciyi bir kənara qoyduqdan sonra, naməlum kişi onu götürərək aradan çıxıb.
Makdormandın küçənin ortasında oğurlanmış heykəlciyə görə göz yaşı tökməsi jurnalistlərin diqqətindən yayınmayıb.
Daha sonra cinayətkar Terri Bryant adlı şəxs tədbirin fotoqrafı tərəfindən saxlanılıb. Heykəlcik aktrisaya qaytarılıb.
Makdormand mərhəmət göstərərək, kişidən polisə şikayət etməyib və onun sərbəst buraxılmasını istəyib.
Qeyd edək ki, 47 yaşlı Bryant mükafatlandırma gecəsinə bilet alıb gələn tamaşaçılar arasında olub.
Onu da bildirək ki, Makdormand “Ebbinq, Mussuri sərhədində 3 bilbord” filmində oynadığı baş rola görə “Oskar” mükafatına layiq görülüb. Mərasimdə heykəlciyi ona Cenifer Lourens təqdim edib.
Sosial şəbəkələrdə mükafatlandırma mərasimindən sonra Lourensin içkili vəziyyətdə olduğunu və tanımadığı insanları qucaqlamasını əks etdirən fotoşəkillər yayılıb.