Hollandiyada rekord sayda velosipedçi həlak olub

Baxış sayı: 3. 214 dəfə baxılıb.

Hollandiyada rekord sayda velosipedçi həlak olub

Hollandiyada yol nəqliyyat hadisələri zamanı həlak olmuş velosipedçilərin sayı ilk dəfə avtomobil qəzasında ölənlərin sayından çox olub.

 Daily Mail xəbər verir ki, 2017-2018-ci illərdə yol qəzalarında 206 velosipedçi, 201 avtomobil sürücüsü həlak olub. Ölənlərin əksəriyyəti 65 yaşdan yuxarı insanlardır. Velosiped idarə edənlər arasında ölüm sayının artması  hollandların avtomobildən imtina edərək, velosipedə daha çox üstünlük verməsi ilə əlaqələndirilir.

Yerli Araşdırmalar İnstitutu isə ölü sayının artmasına baxmayaraq, bu nəqliyyat növünün daha az təhlükəli olduğunu iddia edir.