Hollivud aktyorları əlavə iş saatına görə tətildən bir milyard dollarlıq
qazancla çıxdılar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Televiziya və Radio Aktyorları Federasiyası (SAG-AFTRA) Kino Film və
Televiziya İstehsalçıları Alyansı (AMPTP) ilə üzvlərinə tətili dayandırmaq
imkanı verən ilkin razılaşma əldə edib.
Bu barədə SAG-AFTRA bəyan edib.
“9 noyabr saat 00:01-də (Bakı vaxtı ilə 9:01) tətilimiz rəsmi olaraq
dayandırıldı, bütün piket yerləri bağlandı”, – deyə federasiyanın “X” sosial
şəbəkə hesabında vurğulanıb.
Bildirilir ki, dəyəri bir milyard dollardan çox olan sazişin bir hissəsi
olaraq fövqəladə miqyaslı sövdələşməyə imza atılıb. Müqaviləyə minimum
ödənişlərin artması, federasiya üzvlərini süni intellekt təhdidlərindən qorumaq
tədbirləri daxildir və ilk dəfə olaraq yayımlarda iştirak üçün bonus daxildir.
Qeyd edək ki, təxminən 160 min insanın maraqlarını təmsil edən SAG-AFTRA-nın
tətili iyulun 14-də başlayıb və ABŞ kino sənayesində bütün istehsalı faktiki
olaraq dayandırıb.
Xatırladaq ki, həmin vaxt dünyanın ən maraqla gözlənilən ekran əsərlərindən
biri olan “Oppenheimer”in təqdimatında tətilin başladığını eşidən filmin ulduz
heyətitədbiri qəfil tərk edərək
salmışdı.
Aktyorlar maaşlarının artırılmasını, iş vaxtından artıq işlərə görə
kompensasiyaların ödənilməsini və kinoda süni intellektdən istifadəyə
məhdudiyyətlərin qoyulmasını tələb ediblər.