b7df1f1a-3f2a-4b19-a1da-ad9c31f7365b..jpg

Hollivud aktyoru vəfat etdi

Baxış sayı: 867 dəfə baxılıb.

Hollivud aktyoru vəfat etdi

Hollivud aktyoru Tom Sayzmor 61 yaşında vəfat edib.

Bu barədə onun meneceri Çarlz Laqo bildirib.

Məşhur amerikalı aktyorun ölümünə səbəb anevrizma olub. O, fevralın 18-dən
yatırıldığı xəstəxanada həyatını itirib.

Aktyorun qardaşı və əkiz oğulları yanında olub.

Aktyor daha çox 1998-ci ildə ekranlara çıxan və beş dəfə “Oskar”a layiq
görülən “Saving Private Ryan” filmində Mayk Horvat rolu ilə tanınıb. Film
Stiven Spilberqə ən yaxşı rejissor mükafatını qazandırıb.

Mənbə: NBC News

Source link