dc2c477d-3a08-46f1-bf04-fe4482248570..jpg

Hollivud ssenaristləri ilə kinostudiyalar yaxın vaxtda anlaşa bilərlər

Baxış sayı: 451 dəfə baxılıb.

Hollivud ssenaristləri ilə kinostudiyalar yaxın vaxtda anlaşa bilərlər

ABŞ ssenaristləri həmkarlar ittifaqı tezliklə kinostudiyaların nümayəndələri
ilə razılığa gələ və bununla da may ayından bəri davam edən tətilə son qoya
bilərlər.

ABŞ Yazıçılar Gildiyası ilə Kino Film və Televiziya İstehsalçıları Alyansı
arasında görüş baş tutub, danışıqların davam etdiriləcəyi qeyd olunur.

Məlumata görə, danışıqların hər iki tərəfi razılığa gəlməyə ümid edir.

“Netflix Inc.”, “Warner Bros. Discovery” və “Walt Disney Co.” kimi məşhur
media şirkətlərinin iştirak etdiyi görüşdə artıq müsbətə doğru irəliləyişin
olduğu bildirilir.

Qeyd edək ki, 11 mindən çox ssenaristin iştirak etdiyi tətil mayın 2-də
başlayıb, aktyorlar isə iyulda tətilə qoşulublar. Həmkarlar ittifaqı
nümayəndələri şirkətlərdən əməkhaqlarının artırılmasını və iş yerlərinin təmin
olunmasını tələb edirlər.

Mənbə: Interfaks

Source link