Hollivud ulduzu bir sıra rollardan imtina etdiyini açıqladı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hollivud ulduzu Rayan Qoslinq son vaxtlar psixoloji cəhətdən ağır personajı
olan filmlər əvəzinə daha yüngül obrazları seçməyinin səbəbini açıqlayıb.
Onun sözlərinə görə, rol seçərkən həmişə həyat yoldaşı, aktrisa Eva Mendes ilə
məsləhətləşir, qərarı da onunla birlikdə və ailəsini düşündüyü üçün verib:
“Artıq məni qaranlığa sürükləyən rolları qəbul etmirəm. Bu məqamda evdəki
vəziyyəti düşünürəm və hamımız üçün nəyin yaxşı olacağını anlamağa çalışıram.
Qərarları Eva ilə birlikdə qəbul edirəm. Biz ilk növbədə ailəmizin maraqlarını
nəzərə alırıq”, – deyə Qoslinq bildirib.
Источник: THR