0f91ed71-2a80-4b09-a34e-ed087337e544..jpg

Hollivud ulduzu Kristofer Nolanın karyerasını necə xilas etdiyindən danışdı – FOTO

Baxış sayı: 544 dəfə baxılıb.

Hollivud ulduzu Kristofer Nolanın karyerasını necə xilas etdiyindən danışdı –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Enn Heteuey etiraf edib ki, 2013-cü ildə “Les Miserables”
(“Səfillər”) filmində “Fantina” roluna görə “Oskar” aldıqdan sonra uzun müddət
iş tapa bilməyib və karyerası məhv olmaq üzrə olub. Ancaq rejissor Kristofer
Nolanın “Interstellar” filminə dəvəti onu xilas edib.

Bu barədə aktrisa “Vanity Fair” jurnalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, həmin vaxtlar ictimai imicinə görə (bəziləri “toksik”
adlandırırdı) internetdə ağır tənqidlərə məruz qalıb. Rejissorlarda bundan
çəkinərək ona rol verməkdən imtina ediblər.

“Mənim Kristofer Nolanın simasında yazılan heç nə ilə maraqlanmayan mələyim
var. O mənə indiyə qədər çəkildiyim ən yaxşı filmlərdən birində oynadığım ən
böyük rollardan birini verdi”, – deyə Heteuey olanları xatırlayıb.

Qeyd edək ki, “Interstellar” 2014-cü ildə debüt edib və dünya üzrə 733 milyon
dollar kassa gəliri əldə edib.

Heteuey, həmçinin Nolan üçün “Qara Cəngavər” (“The Dark Knight”) franşizasının
finalında “Pişik Qadın” (Selina Kayl) rolunu oynayıb.

Source link