66870bca-8847-49a9-b867-4403beaa5300..jpg

Hollivud ulduzu Rusiyada içki satacaq

Baxış sayı: 940 dəfə baxılıb.

Hollivud ulduzu Rusiyada içki satacaq

Rusiya vətəndaşlığı olan Hollivud aktyoru Stiven Siqal ölkədə içki satışı ilə
məşğul olacaq “Five Elements” şirkətini qeydiyyatdan keçirib.

Rusiya Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin (USRLE) məlumat bazasına
əsasən, təşkilat bu həftə – martın 22-də qeydiyyatdan keçib.

Sənədlərdə “Five Elements”in əsas fəaliyyəti “Holdinq şirkətlərinin
fəaliyyəti” kimi göstərilib. Əlavə fəaliyətlər arasında sərinləşdirici
içkilərin istehsalı, şirələrin və mineral suların topdan satışı, suyun
toplanması və təmizlənməsi də var.

Şirkətin hüquqi ünvanı Moskvanın Matrosskaya Tişina küçəsində, məşhur istintaq
təcridxanasından cəmi 150 metr aralıda yerləşən binadır.

Təşkilatın həmtəsisçisi aktyorun 33 yaşlı oğlu Dominik San Rokkodur.

Mənbə: aif.ru

Source link