Dünya şöhrətli Hollivud ulduzu, aktyor Kianu Rivz “John Wick” adlı filmin 3-cü hissəsinə çəkilir.
ÇıxışYolu.Com xarici mediaya istinadən xəbər verir ki, 53 yaşlı aktyor çəkiliş meydançasında dincələrkən paparazzilərə tuş gəlib.
Saqqallı, saçı uzun olan aktyorun başında kepka, əlində siqaret və içki olub. Qalın geyimdə olan Kianunun ayağında ayaqqabı da olmayıb. O, yorğun və kədərli görünüşü ilə diqqət çəkib.