f030da4b-6013-4631-9255-aa67c06e233f..jpg

Hollivud ulduzundan pərəstişkarlarını kədərləndirəcək xəbər – FOTO

Baxış sayı: 673 dəfə baxılıb.

Hollivud ulduzundan pərəstişkarlarını kədərləndirəcək xəbər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ocean’s 8”, “The Predator”, “X-Men: Apocalypse” kimi filmlərdə ifa etdiyi
rollarla sevilən ABŞ-li aktrisa, model, aparıcı və yazıçı Oliviya Mann onkoloji
əməliyyat keçirib. Onun hər iki süd vəzisi çıxarılıb.

Bu barədə aktrisanın özü xəbər verib.

Hollivud ulduzunun sözlərinə görə, ona xərçəngin aqressiv, sürətlə inkişaf
edən forması diaqnozu qoyulub.

Qeyd edək ki, Mann uzun müddət səhhəti ilə bağlı məlumatları mətbuatdan gizli
saxlayıb.

Maraqlıdır ki, 2023-cü ilin fevral ayında Oliviya Mann xərçəngə meyillilik
üçün genetik testdən keçib, ancaq nəticələr mənfi olub, mammoqrafiyada da
xəstəliyin əlamətləri olmayıb. Buna baxmayaraq iki aydan sonra ona yekun
diaqnoz qoyulub.

Aktrisanın sözlərinə görə, onun bəxti gətirib. Xəstəliyə kifayət qədər erkən
diaqnoz qoyulub, bu da ona müalicə almaq üçün vaxt verib.

Oliviya Mann bütün qadınlara müraciət edərək, döş xərçəngi inkişaf riskini
hesablamaq üçün həkim müayinəsindən keçməyə çağırıb. Həkiminin sözlərinə görə,
əgər faiz 20-dən yuxarıdırsa, o zaman hər il mamoqramma, 30 yaşından sonra isə
MRT müayinəsi lazımdır.

“Son 10 ayda dörd əməliyyat keçirdim, o qədər çox günləri yataqda keçirdim ki,
sayını itirmişəm. Xərçəng, onun müalicəsi və hormonlar haqqında təsəvvür
etdiyimdən daha çox şey öyrəndim. Mən diaqnozu gizli saxladım ki, insanlar
mənim narahatlığımı, ağrıkəsicilərimi və xəstəxana xalatımı görməsinlər”, –
deyə o paylaşımında bildirib.

Qeyd edək ki, aktrisa bir neçə gün öncə “Oskar” mükafatlarının təqdimetmə
mərasimində görünüb. O, gecəyə sevgilisi, komediyaçı Con Maleyni ilə qatılıb.

Mənbə: Haber Global

Source link