1af6bda3-4862-4737-91db-f2604213a450..jpg

Hollivudda beş aylıq etiraz aksiyası başa çatdı

Baxış sayı: 544 dəfə baxılıb.

Hollivudda beş aylıq etiraz aksiyası başa çatdı

Amerika Yazıçılar Gildiyası Hollivud studiyaları ilə ilkin razılığın əldə
edilməsi nəticəsində sentyabrın 27-də təxminən beş aylıq tətilinə son qoyduğunu
açıqlayıb.

“Gildiya ABŞ-nin Kino Filmləri və Televiziya İstehsalçıları Alyansı ilə ilkin
razılığa gəlib. Bu gün bizim danışıqlar komitəsi, Qərb Bölməsinin idarəçilər
şurası və Şərq Bölməsinin şurası yekdilliklə razılaşmanın lehinə səs verdilər.
Tətil gecəyarısı başa çatdı”, – məlumatda deyilir.

Yazıçılar Gildiyası əldə edilən razılaşmanın təfərrüatını hələ açıqlamayıb,
baxmayaraq ki, əvvəllər bəzi KİV-də müəyyən detallar, məsələn, süni
intellektdən istifadənin tənzimlənməsi ilə bağlı məlumatlar dərc olunub.

Qeyd edək ki, icma mayın 2-də tətilə başlayıb. İyulun 14-də ona Amerika
Televiziya və Kino Aktyorları Federasiyası da qoşulmuş, studiyalarla razılıq
əldə olunmamışdı. Ssenari müəllifləri əməkhaqqının artırılmasını, qonorarların
hesablanması qaydasında dəyişiklik edilməsini, onların işini əvəz etmək üçün
süni intellektdən istifadəyə məhdudiyyətlərin qoyulmasını tələb edirdilər.

Mənbə: TASS

Source link