Avstraliyalı aktrisa və prodüser Marqo Robbi ilk övladını dünyaya gətirib.
Cixisyolu.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, 34 yaşlı aktrisa oktyabrın 17-də oğlan uşağı dünyaya gətirib.
Uşaqla bağlı xəbəri cütlüyün dostları və qohumları gizli saxlayıblar.
Bununla belə, körpənin nənə və babası onu görmək üçün Los-Ancelesə uçmağa
hazırlaşırlar. Bu, Marqo ailəsində 12-ci nəvədir.
Doğuşun yaxşı keçdiyi bildirilir. Bundan bir qədər əvvəl aktrisanın əri Tom
Akerli Los-Ancelesdə uşaq ləvazimatları alarkən görüntülənib.
Qeyd edək ki, Marqo Robbi bir çox rolları ilə yanaşı, daha çox “Barbi” obrazı
ilə tanınır.