Honkonqda fırtına təhlükəsi elan edildi

Honkonqda fırtına təhlükəsi elan edildi

Baxış sayı: 2. 375 dəfə baxılıb.

“Ewiniar” tropik qasırğasının Honkonq sahillərinə yaxınlaşması ilə əlaqədar fırtına təhlükəsi elan edilib. 

ÇıxışYolu.Com  RİA Novosti agentliyinə istinadla xəbər verir ki, fırtına güclü külək, leysan və böyük dalğalarla müşayiət olunur. 

Meteoroloqların sözlərinə görə, qasırğa bu gün Honkonqun cənub-qərb sahillərindən 330 kilometr aralıda müşahidə edilib. O, saatda 10 kilometr sürətlə Quandun bölgəsinin cənub sahillərinə yaxınlaşır. 

Küləyin gücü artmaqdadır, yaxın saatlarda küləyin gücünün saatda 41 kilometrdən 62 kilometrə çatacağı gözlənilir.

Məlumatlarda qeyd edilib ki, qasırğa Honkonqa 300 kilometrdən yaxın gəlməyəcək. Şəhərdə güclü yağışlar gözlənilir. 

Həmçinin, hökumət dağlıq ərazilərdə torpaq sürüşmələri ilə bağlı xəbərdarlıq edib, buna görə belə ərazilərə yaxın olan insanlardan təhlükədən uzaq olması üçün çağırış edilib. 

www.ÇıxışYolu.Com