Honkonqda marafon zamanı BƏDBƏXT HADİSƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Honkonqda “Standard Chartered Hong Kong” marafonu zamanı bir idmançı ölüb, 842
nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yarış yanvarın 21-i səhər saatlarında baş tutub.
Məlumata görə, marafondan sonra təxminən 30 yaşlı iştirakçılardan biri metro
stansiyasının platformasında huşunu itirib. O, xəstəxanaya aparılsa da,
dünyasını dəyişib.
Yarış zamanı və yarışdan sonra əsasən burxulma və əzilmələrdən əziyyət çəkən
842 idmançı kömək üçün müraciət edib. Onlardan birinin vəziyyəti xüsusilə ağır,
dördünün vəziyyəti isə ağırdır.
Yarışa gəlincə, kişilər arasında 42 kilometr məsafəni 2 saat 12 dəqiqə 50
saniyəyə qət edən keniyalı Anderson Seroy qalib olub. Qadınlar arasında isə
efiopiyalı Medina Armino 2 saat 28 dəqiqə 47 saniyə nəticə ilə finişə birinci
çatıb.
Mənbə: gazeta.ru