aaf3486f-4867-4c15-a851-2e681185b40a..jpg

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi ilə bağlı AÇIQLAMA

Baxış sayı: 646 dəfə baxılıb.

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi ilə bağlı AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Horadiz-Ağbənd dəmir yolu xətti üzrə tikinti işlərin 45 %-i tamamlanıb.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat
Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova deyib.

O qeyd edib ki, Horadiz-Ağbənd dəmir yolunun 72-ci kilometrə qədər hissəsinə
dəmir yolu xətti çəkilib: “Bərdə-Ağdam layihəsindən fərqli olaraq,
Horadiz-Ağbənd dəmir yolu xəttinin inşa olunduğu ərazi çətin relyefə malikdir”.

Xatırladaq ki, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli
qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil
edir. Layihə çərçivəsində doqquz stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu,
Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), üç ədəd tunel, 41 ədəd
körpü, üç ədəd qalereya, yeddi ədəd yolötürücü və ümumilikdə isə 300-ə yaxın
süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.

Source link