ee7f339f-e0f7-454d-8e68-6a876ee2bf82..jpg

Horadizdə əkin işləri aparan traktor tank əleyhinə minaya düşüb – YENİLƏNİB

Baxış sayı: 375 dəfə baxılıb.

Horadizdə əkin işləri aparan traktor tank əleyhinə minaya düşüb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat sahəsində əkin işləri
apararkən minaya düşən traktor sürücüsü ayağından xəsarət alıb.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, əkin sahəsində iş aparan traktor tank
əleyhinə minaya düşüb.

Ayağından xəsarət alan traktorun sürücüsü, 1994-cü il təvəllüdlü Zamin Həsənli
dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

11:14

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində
təsərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı
polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, traktorun sürücüsü, 1994-cü il təvəllüdlü Zamin Həsənli xəsarət
alıb.

O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə
edilib.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Source link