93f10974-0ff2-4b2e-af51-cb4ec41bd6c0.jpg

Horovluda 867 ailə yaşayacaq

Baxış sayı: 217 dəfə baxılıb.

Cəbrayıl rayonunun Horovlu kəndinin layihələndirilən ümumi ərazisi 248
hektardır və perspektivdə bu kənddə 3 470 nəfərin yəni 867 ailənin yaşaması
nəzərdə tutulub.

APA xəbər verir ki, birinci mərhələdə Horovluya 1 395 nəfərin köçürülməsi üçün
tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək
işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir.

Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin
tikintisi davam etdirilir.

Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud
olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.

Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-cü il mayın 4-də Prezident İlham
Əliyevtərəfindən qoyulub.

Daha çox foto burada: Photostock.az

Source link