“Hörümçək adam” hər kəsə şok yaşatdı - VİDEO

“Hörümçək adam” hər kəsə şok yaşatdı – VİDEO

Baxış sayı: 5. 241 dəfə baxılıb.

Braziliyanın Andradina şəhərində, sirk akrobatı çıxışı zamanı trapesiyadan yerə yıxılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Hörümçək-adam kostyumunda çıxış edən artist, trapesiya üzərində yellənərkən, tarazlığı itirib və 4-5 metr hündürlükdən yerə çırpılıb.

Sirkə gəlmiş tamaşaçılar, hadisənin görüntüsünü müxtəlif rakurslardan çəkib.

Braziliya mətbuatına görə, akrobat yüngül xəsarət alıb. İnsidentdən sonra o, xəstəxanaya çatdırılıb. Xəstəxanada ona dərman verilib və sonradan evə buraxılıb. Hörümçək adam çox keçmədən iş yerinə qayıdıb.

www.ÇıxışYolu.Com