b48de98e-3f04-449d-8d37-84872fdce968..jpg

Hoteldən çılpaq və kəsiklər içində çıxan Britni Spirs pərəstişkarlarını qorxutdu – FOTO

Baxış sayı: 487 dəfə baxılıb.

Hoteldən çılpaq və kəsiklər içində çıxan Britni Spirs pərəstişkarlarını
qorxutdu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britni Spirs yenidən qalmaqalın mərkəzindədir. Belə ki, ulduz yeni sevgilisi
Pol Solislə Los-Ancelesdə dəbdə olan “Chateau Marmont” hotelində dava etdikdən
sonra təcili yardımla aparılıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Görüntülərdə onun, demək olar ki, çılpaq olduğu, sadəcə adyal və yastıqla
örtündüyü görünüb. Şahidlərin sözlərinə görə, onda kəsik yaraları olub.
Açıq-aşkar qeyri-adekvat görünən ulduzun nə baş verdiyini anlamaqda çətinlik
çəkdiyi də gözdən yayınmayıb.

Daha sonra hadisənin təfərrüatı məlum olub. Qonaqların dediyinə görə, Britni
və sevgilisi otaqlarında içki içdikdən sonra mübahisə etməyə başlayıblar.
Müğənni bərkdən qışqırıb, daha sonra hotel işçilərini və digər qonaqları təhdid
etməyə başlayıb. Ona görə də, polis çağırılıb. Lakin asayiş keşikçiləri
Britninin təhlükədə olmadığına və başqalarına zərər verə bilməyəcəyinə əmin
olaraq çıxıb gediblər. Spirs xəstəxanaya yerləşdirilməkdən imtina edib,
müayinədən sonra evinə yollanıb.

Mənbə: “Selebriti” “Telegram” kanalı

Source link