Hövsanda ağac aşdı: üç qadın yaralandı

Hövsanda ağac aşdı: üç qadın yaralandı

Baxış sayı: 2. 334 dəfə baxılıb.

Hövsanda ağac aşdı: üç qadın yaralandı

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində güclü külək nəticəsində ağac aşıb və üç qadın yaralanıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə Olimpiya Kompleksinin yaxınlığında baş verib.

Belə ki, qadınlar skamyada əyləşən zaman ağac onların üzərinə aşıb. Qadınlar xəsarət alıblar. Onlardan birinin vəziyyəti ağırdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Səfayə Əhmədova saytımıza faktı təsdiq edib.

Nazirlik rəsmisi qeyd edib ki, qadınlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər:

“Onlardan biri kəllə-beyin və digəri baş beyinin müştərək zədələnməsi travması alıb. Qadınlardan birinin isə sol qolu zədələnib”.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com