“Huawei Technologies” şirkəti süni intellektin inkişafı proqramına 200 milyon dollar ayırıb.
ÇıxışYolu.Com xəbər verir ki, bunu “Huawei Connect” konfransında şirkətin vitse-prezidenti Çjen Elay deyib.
Qeyd olunan məbləğ yaxın 3 il ərzindəki xərcləri ödəyəcək. Maliyyə yalnız elmi fəaliyyət üçün deyil, həmçinin mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulub.
Gələcəkdə “Huawei Technologies” alim və mütəxəssislər üçün bir neçə məşğələ mərkəzi istifadəyə vermək niyyətindədir. Həmçinin şirkət sözügedən mövzu üzrə pulsuz kurslar təşkil edəcək.