c2de3155-f149-4de7-8cac-30c78875ad47..jpg

Hücuma məruz qalan türkiyəli referi ölümlə təhdid edildiyini açıqlayıb – YENİLƏNİB + VİDEO

Baxış sayı: 454 dəfə baxılıb.

Hücuma məruz qalan türkiyəli referi ölümlə təhdid edildiyini açıqlayıb –
YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Super Liqasında keçirilən “Ankaragücü” – “Çaykur Rizəspor” matçından
sonra hücuma məruz qalan türkiyəli hakim Halil Umut Melerin ifadəsi açıqlanıb.

Halil Umut Meler verdiyi ifadədə Faruk Kocanın onu ölümlə təhdid etdiyini
bildirib. O, güzəştə getmək istəmədiyini qeyd edərək bütün hücum edən
şəxslərdən şikayətçi olduğunu nəzərə çatdırıb.

“Faruk Koca bütün hakim dostlarıma və mənə: “Sizi bitirəcəyəm”, – dedi. Mənə
xitab edərək: “Səni öldürəcəyəm”, – dedi. Kocadan və digər şəxslərdən
şikayətçiyəm. Güzəştə getmək istəmirəm”, – deyə referi açıqlamasında vurğulayıb.

12:42

“Ankaragücü” futbol klubunun prezidenti tərəfindən ağır fiziki zorakılığa
məruz qalan hakim Halil Umut Meler karyerasını başa vurduğunu açıqlayıb.

Bu barədə referi özü xəstəxanada onu ziyarətinə gələnlərə məlumat verib.

O, “məndən bu qədər” deyərək, hakimlikdən uzaqlaşdığını bildirib.

Xatırladaq ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1)
oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil
olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

Mənbə: Aspor.com.tr, Haber Global


Source link