Hulusi Akar: “Ermənilərə qarşı soyqırım qətiyyən olmayıb”

Hulusi Akar: “Ermənilərə qarşı soyqırım qətiyyən olmayıb”

Baxış sayı: 1. 615 dəfə baxılıb.

“Ermənilərə qarşı soyqırım qətiyyən olmayıb. Bu, tarixdə açıq və dəqiq şəkildə yazılıb. Siyasətçilər tarixçi ola bilməz. Tarixi məlumatlar, sənədlər, şahidlərin ifadələri və aparılan araşdırmaların hamısı çox aydın və dəqiq şəkildə 1915-ci ildə belə bir hadisənin baş vermədiyini təsdiqləyir”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir qeyd edib ki, amerikalıların bu məsələ ilə bağlı verdikləri bəyanat özlərinin tarixlərini, imzaladıqları müqavilələri və sənədləri inkar etmək mənasına gəlir.