2a18b737-7718-420a-b9ea-044d3331a0ca..jpg

Hulusi Akar: “Finlandiya və İsveçdən öhdəliklərini yerinə yetirəcəklərini gözləyirik”

Baxış sayı: 785 dəfə baxılıb.

Hulusi Akar: “Finlandiya və İsveçdən öhdəliklərini yerinə yetirəcəklərini
gözləyirik”

Türkiyənin müdafiə naziri Hulusi Akar İsveç və Finlandiyanın NATO-ya üzvlüklə
bağlı Ankaranın tələblərinə məhəl qoymadıqlarını bildirib.

“Onlar bizdən öz təhlükəsizliyini təmin etmək üçün dəstək istəyirlər, lakin
terrorizmlə mübarizə sahəsində bizim sorğularımızı rədd edirlər”, – deyə nazir
bazar ertəsi bəyan edib.

Akar bildirib ki, İsveç, eləcə də Finlandiyanın Qurana və Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğana qarşı təhqir faktlarına dair hərəkətsizliyi
qəbuledilməzdir. “Prezidentimizə, Qurana, bayrağımıza, müqəddəs dəyərlərimizə
qarşı çirkin, rüsvayçı hərəkətlər edirlər. Biz onların bu kimi məsələlərlə
bağlı hərəkətsizliyini, susqunluğunu qəbul edə bilmərik. Bizim mövqeyimiz tam
aydındır. Onlardan buna son qoyacaqlarını və bizim qarşımızda olan
öhdəliklərini yerinə yetirəcəklərini gözləyirik”, – deyə o vurğulayıb.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, “Finlandiya və İsveçdən öz
dövlətlərinin gücünü və qüdrətini nümayiş etdirəcəklərini və öhdəliklərini
yerinə yetirəcəklərini” gözləyir. “Əgər bu olarsa, o zaman bizim tərəfimizdən
heç bir problem olmayacaq”, – deyə o, Stokholm və Helsinkinin NATO-ya üzv olmaq
üçün müraciətləri ətrafında yaranmış vəziyyəti aydınlaşdırıb.

Mənbə: Haber Global

Source link