Hulusi Akar: “Önəmli məsələ Azərbaycan Prezidentinin uzatdığı sülh əlini
tutmaqdır”
“Önəmli olan məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtərəm
Prezidentimizin çağırışı ilə uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük
faydası Ermənistana olacaq”.
Bunu “Hürriyyət” qəzetinə müsahibəsində Türkiyənin müdafiə naziri Hulusi Akar
bildirib.
Nazir qeyd edib ki, hazırda ən vacib hədəf Qafqazda sabitliyin təmin
edilməsidir.
“Arzumuz budur ki, Qafqazda sabitlik, əmin-amanlıq mühiti yaransın. Zəngəzur
və Laçın dəhlizi ilə bağlı məsələlərin həll olunacağına inanırıq”, – deyə Akar
vurğulayıb.
Mənbə: hurriyyet.com.tr