20985c78-d8f3-4f96-b308-cd19cf8146ab..jpg

Hulusi Akar Türkiyə silahlarının Azərbaycandakı rolundan danışıb

Baxış sayı: 2. 618 dəfə baxılıb.

Hulusi Akar Türkiyə silahlarının Azərbaycandakı rolundan danışıb

Türkiyənin müdafiə naziri Hulusi Akar milli texnologiyalar və yeni
investisiyalar kollektiv açılış-təqdimat mərasimində çıxış edib.

O, çıxışında müxtəlif ölkələri, o cümlədən də Azərbaycana satılan silahlardan
danışıb.

“Şükürlər olsun ki, indi milli piyada tüfənglər, ağıllı dəqiq döyüş
sursatları, milli dəniz topu, “Fırtına” haubitsaları, PUA-lar ATAK
helikopterləri, freqatlar və döyüş gəmilərimizi layihələndirmək, istehsal etmək
və ixrac etmək səviyyəsinə gəlib çatmışıq. Bu silahların ölkə daxilində və
sərhəddən kənarda uğurla həyata keçirilən əməliyyatlarda, xüsusən də
Azərbaycanda və Liviyada Türkiyə Silahlı Qüvvələrinin üzərinə götürdüyü
vəzifələrin uğurla yerinə yetirilməsinə töhfəsi açıq şəkildə görünür”, -deyə
nazir bəyan edib.

O, qeyd edib ki, Türkiyənin NATO standartlarına uyğun istehsal edilən və
əməliyyatlarda sınaqdan keçirilən silah sistemlərinin effektivliyi bütün
dünyanın diqqətini çəkib.

Mənbə: sabah.com.tr

Source link