c4c113b8-4aed-4e0b-a491-b47d3e8a3bc7..jpg

Hulusi Akar: “Türkiyə və Azərbaycana qarşı planı olanlar iki dəfə düşünəcək” – FOTO/VİDEO

Baxış sayı: 936 dəfə baxılıb.

Hulusi Akar: “Türkiyə və Azərbaycana qarşı planı olanlar iki dəfə düşünəcək” –
FOTO/VİDEO

“Türkiyə və Azərbaycana qarşı planı olanlar iki dəfə düşünəcək”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Qarabağ
qazilərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Azərbaycanın “Vətən əməliyyatı” ilə işğal altındakı torpaqlarını azad etdiyini
xatırladan nazir qeyd edib: “Azərbaycan ordusu əməliyyatı böyük uğurla həyata
keçirdi. Biz buna sevinirik”.

Nazir bildirib ki, bütün dünya gördü ki, Türkiyə və Azərbaycan “Bir millət,
iki dövlət”, “İki ananın oğlu”dur.

Şəhid və qazilərin fədakarlıqlarının nəsillər boyu xatırlanacağını və tarixdə
mühüm yer tutacağını vurğulayan Akar onları qələbənin qüruru adlandırıb.

“Türkiyə ilə Azərbaycan kədər və sevinc içində bir yerdədir. Bir yumruq, bir
ürək olacağıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, – H.Akar əlavə edib.

MİLLÎ SAVUNMA BAKANI HULUSİ AKAR: “Türkiye ve Azerbaycan’ın ‘Tek millet, iki
devlet’, ‘Bir ananın iki oğlu’ olduğunu tüm dünya gördü. Bundan sonra herhangi
bir şekilde Türkiye’ye, Azerbaycan’a karşı bir planı olan varsa adım atmadan
önce iki defa düşünecek.”#MSB
#HulusiAkar

pic.twitter.com/Sca7uwdBO6
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) January 10, 2023

Source link