1e837a4c-3ea0-4258-bdc6-0739956a9524..jpg

Hulusi Akar: “Türkiyənin güclənməsi NATO-nun güclənməsi deməkdir”

Baxış sayı: 548 dəfə baxılıb.

Hulusi Akar: “Türkiyənin güclənməsi NATO-nun güclənməsi deməkdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyənin güclənməsi NATO-nun güclənməsi deməkdir”.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milli
Müdafiə Komissiyasının sədri Hulusi Akar deyib.

“Türkiyənin güclənməsi, “F-16”ların və donanmaların yenilənməsi təkcə
Türkiyənin deyil, NATO-nun da gücü deməkdir. Ətrafımızdakı proseslərə nəzər
saldıqda NATO-nun güclü Türkiyəyə hər zamankından daha çox ehtiyacı var. Bu
layihənin təkcə Türkiyə-ABŞ deyil, həm də NATO məsələsi olduğu izah edilib. Bu
məsələnin yaxın günlərdə müsbət nəticə verəcəyini gözləyirik. Müttəfiqliyin
tələb etdiyi budur”, – deyə Akar bildirib.

Daha əvvəl gündəmdə olan “Eurofighter” satınalma variantı ilə bağlı prosesi
izah edən Akar qeyd edib:

“Türkiyə olaraq – “F-16” və “F-35” almaq istəyirik, ancaq tək ünvan siz
deyilsiniz”, – deyirik, bir çox alternativlər var. Bunlardan biri
“Eurofighter”dir. İtaliya və Britaniya “bəli” deyir, Almaniyanın isə bəzi
tərəddüdləri var, lakin onlar həll olunmaz deyil. Bunların hamısı bir
prosesdir. Vacib olan odur ki, silahlı qüvvələrimizin effektiv və çəkindirici
gücünə hər zamankından daha çox ehtiyac var”.

“Bizim gözləntimiz ondan ibarətdir ki, memorandumda götürülmüş öhdəliklər
yerinə yetiriləcək. İsveç də bununla bağlı ciddi təşəbbüslər irəli sürüb. Biz
onların öhdəliklərində irəliləyişin olması nəticəsində bu nöqtəyə gəlmişik”, –
deyə Hulusi Akar İsveçin NATO-ya üzv olma məsləsini dəyərləndirərkən vurğulayıb.

Source link