Humanitar yardım daşıyan maşınlar “Rəfah” nəzarət-keçid məntəqəsindən Qəzzaya
daxil olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çərşənbə günü humanitar yardım daşıyan ən azı 61 yük maşını “Rəfah”
nəzarət-keçid məntəqəsi (NKM) vasitəsilə Qəzza zolağına daxil olub.
Çatdırılan yüklərə qida, su və dərman vasitələri daxildir.
Qeyd olunur ki, daha əvvəl ABŞ Qəzza zolağına gündə humanitar yardım daşıyan
100 yük maşınının daxil olacağına ümid etdiyini bildirib.
Həmçinin bildirilir ki, münaqişənin kəskinləşməsindən sonra Misir hakimiyyəti
ilk dəfə Qəzza zolağının yaralı sakinlərinə və başqa dövlətlərin pasportuna
sahib olan şəxslərə öz ərazilərinə daxil olmağa icazə verib.
Mənbə: “Times of Israel” qəzeti (İsrail)