19ae8f02-b51e-408c-9610-d30660e4246d..jpg

Hündürlükdən suya tullanma üzrə Rusiya çempionu Leyla Salyamova qəzada öldü

Baxış sayı: 916 dəfə baxılıb.

Hündürlükdən suya tullanma üzrə Rusiya çempionu Leyla Salyamova qəzada öldü

Hündürlükdən suya tullanma (“high diving”) üzrə Rusiya çempionu Leyla
Salyamova avtomobil qəzasında dünyasını dəyişib.

Bu barədə RF Dalğıc Federasiyasının Prezidenti Stanislav Drujinin məlumat
verib.

“İdmançımız Leyla Salyamova avtomobil qəzasında dünyasını dəyişib. Bu, bizim
üçün şokedici xəbərdir. Onun 23 yaşı var idi, buna görə valideynlərinin,
qohumlarının indi yaşadıqları dəhşəti təsəvvür edə bilmirəm”, – deyə o bildirib.

Lalə Ruslan qızı Salyamova 2021-ci ildə hündürlükdən suya tullanma üzrə Rusiya
çempionu olub. O, həmçinin qüllədən sinxron suya tullanma üzrə ölkə
çempionatının gümüş mükafatçısı (2015) idi.

Mənbə: TASS

Source link