Hüquqi şəxslərin mənfəət vergisindən daxilolmaların 24 faiz azalacağı
proqnozlaşdırılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gələn il hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 5 milyard 675 milyon 600 min
manat manat proqnozlaşdırılır.
APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi
haqqında” qanun layihəsində əksini tapıb.
Bu, 2023-cü illə müqayisədə 1 milyard 802 milyon 500 min manat, yaxud 24 faiz
azdır. 2023-cü ildə hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 7 milyard 478
milyon 100 min manat nəzərdə tutulub.