Hüseyn Abdullayevin yeni cinayət işinin detalları
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb
edilib.
Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul
vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir.
“Qafqazinfo” Hüseyn Abdullayevin yeni cinayət işinin detallarını əldə edib.
İttihama görə, Abdullayev qanunsuz hərəkətlərin reallaşdırılmasını
maliyyələşdirib. Söhbət gedən məbləğ isə 5 milyon manatdan çoxdur.
Bu iş üzrə istintaq Baş Prokurorluqda aparılır. Bir neçə gün əvvəl prokurorun
təqdimatı əsasında H.Abdullayev haqda həbs qətimkan tədbiri seçilib. Müdafiə
tərəfi ittihamı qəbul etməyərək qərardan şikayət verib. Bu gün Bakı Apellyasiya
Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, “Quska” ləqəbli H.Abdullayev 2018-ci ildə dələduzluqda təqsirli
bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay
başa çatır. Bundan sonra Abdullayev cəzaçəkmə müəssisəsindən istintaq
təcridxanasına etap ediləcək.