f883e942-ed85-4944-90ba-9eb4a5e8043e..jpg

Hüseyn Məhəmmədoğlu: “Klarnet ifaçılarının ulduzu mənəm”

Baxış sayı: 437 dəfə baxılıb.

Hüseyn Məhəmmədoğlu: “Klarnet ifaçılarının ulduzu mənəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir çox verilişlərdə məni aparıcılar təqdim edərkən deyirlər ki, Azərbaycanın
bir nömrəli klarbet ifaçısı Hüseyn Məhəmmədoğlu. Həmin an onları saxlamışam.
Demişəm ki, belə təqdim etməyin. Bir nömrə deyiləm, böyük sənətkarlarımız var,
onlardan ayıbdır”.

Axşam.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
verilişlərin birində deyib. O, aparıcıların həmkarlarını bu cür təqdim
edilməsini düzgün hesab etmədiyini bildirib:

“Buradan həmin o aparıcı və klarnet ifaçılarına demək istyəirəm ki, belə
şeylərlə razılaşmayın. Bu yaxınlarda da bir klarnet ifaçısını Azərbaycanın bir
nömrəli klarnet ifaçısı kimi təqdim etdilər. Tamam, məndən yaxşı ola bilərsən.
Mən onsuz da özümü ən yaxşı hesab etmirəm. Xalq bunu bilir, mənə bu bəs edir.
Amma ki, ayıbdır. Hakim Abdullayev, Qulammirzə Mirzəyev, Vaqif Mirzəyev kimi
bir çox böyük sənətkarlar var. Sizi belə təqdim edəndə razılaşmayın.

Klarnet ifaçılarının ulduzu kimi məni təqdim etsələr, razılaşaram. Çünki onlar
arasında ən populyarı mənəm, təkcə Azərbaycanda yox, digər ölkələrdə də… Amma
bir nömrə mən deyiləm. Onlar Hakim Abdullayev, rəhmətlik Zahid Abdullayevdir”.

Source link