0250a93d-aa72-4a08-a064-fdeeb7ce5daa..jpg

I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri başa çatıb – YENİLƏNİB

Baxış sayı: 535 dəfə baxılıb.

I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya
səfəri başa çatıb – YENİLƏNİB

I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya
səfəri başa çatıb.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, bu gün “Qarabağ İtkin
Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi
zamanı itkin düşmüş hesab edilən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri
həyata keçirilib.

Səfər çərçivəsində iştirakçılar Şuşa şəhərində işğal dönəmində erməni
vəhşiliyinin nəticəsi olan dağıntılarla tanış olublar. Onlara işğaldan sonra
ötən müddət ərzində şəhərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi
və qısa müddətdə burada aparılan quruculuq-abadlıq işləri barədə məlumat
verilib. İtkin düşən şəxslərin ailə üzvləri, həmçinin bu günlərdə Şuşa
həbsxanası ərazisində aşkarlanan toplu məzarlığı ziyarət ediblər.

Daha sonra Şuşa qalasında olan səfər iştirakçıları orada xatirə şəkili
çəkdirib, daha sonra isə əsaslı təmirdən sonra istifadəyə verilən Yuxarı Gövhər
Ağa Məscidini ziyarət ediblər və orada namaz qılıblar.

Səfər zamanı Azərbaycanın dahi sənətkarı Bülbülün ev muzeyi də ziyarət olunub.
Burada Azərbaycan musiqi sənətində özünəməxsus iz qoymuş Bülbülün həyat və
yaradıcılığı barədə məlumat verilib.

Səfər iştirakçıları yekunda Cıdır düzündə olublar.

15:15

I Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın ailə üzvləri Şuşada
aşkarlanan kütləvi məzarlığa baş çəkiblər.

“Report”un Qarabağ bürosu xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai
Birliyinin təşkilatçılığı ilə təşkil edilən səfər zamanı itkin düşmüş
soydaşlarımızın ailə üzvləri Şuşa həbsxanasının həyətində aşkarlanan kütləvi
məzarlığın olduğu yerə baş çəkiblər.

İtkin düşən şəxslərin ailə üzvləri məzarlıqda dəfn olunanların xatirəsini göz
yaşları ilə yad ediblər.

Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın ailə
üzvlərinin Şuşaya səfəri davam edir.

14:04

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya
səfər ediblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səfər “Qarabağ İtkin Ailələri” İctimai
Birliyinin təşkilatçılığı ilə baş tutub. Səfərin təşkil olunmasında məqsəd,
itkin düşən şəxslərin yaxınlarının döyüşdüyü torpaqları ziyarət etməkdir.
Səfərdə itkin düşmüş şəxslərin 50 nəfərə yaxın ailə üzvü iştirak edir.

Səfər çərçivəsində Şuşa şəhərinin gəzintisi və Şuşa türməsinin ərazisində
tapılan kütləvi məzarlığın ziyarət edilməsi nəzərdə tutulub.

Source link