Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışı olub.
ÇıxışYolu.Com-ın məlumatına görə, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev M. Əliyevaya məruzə edib. Birinci vitse-prezident yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsib.
M. Əliyeva hərbi vətənpərvərlik sinfində I kurs – 5-ci sinifdə təhsil alan kursantlarla görüşüb. Kursantlar M. Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər.
Birinci vitse-prezident kursantlara dərslərində uğurlar, Vətənə layiqli övlad olmaları və gələcəyin peşəkar zabiti kimi yetişmələrini arzulayıb.
Azərbaycan prezidentinin 2014-cü ildə imzaladığı fərmana əsasan, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilib.