“Qarabağ”dan ayrılmış İbrahim Şehiçin yeni klubunun adına rəsmən aydınlıq gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, Bosniya və Herseqovina milli komandasının üzvü karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
O bir müddətdir danışıq apardığı Super Liqanın debütantı “Böyükşəhər Bələdiyyə Ərzurumspor”la münasibətlərini rəsmiləşirib. Futbolçu keçidi haqda danışarkən bir çox dostunun Ərzurumda xoşbəxt olduğunu və onu bu komandaya gəlməyə razı saldığını bildirib:
“Məni burda çox isti qarşıladılar. Özümü evimdəki kimi hiss etdim. İnşallah, birlikdə çox böyük uğurlara imza atacağıq”.
29 yaşlı futbolçu Superliqa təmsilçisi ilə 2+1 illik sözləşmə imzalayıb. Şehiç “Ərzurumspor”da ilinə 325 min avro qazanacaq.
Qeyd edək ki, İbrahim Şehiç 2013-cü ildən “Qarabağ”da çıxış edirdi və Ağdam klubuna məhz Türkiyədən gəlmişdi.
Səbuhi Musayev
www.ÇıxışYolu.Com