Tanınmış türkiyəli müğənni İbrahim Tatlısəs millət vəkilliyi üçün namizədlik verəcək.
ÇıxışYolu.Com xəbər verir ki, deputat kürsüsündə əyləşmək üçün dördüncü dəfə müraciət edən İbo daha öncə Ədalət və İnkişaf Partiyasının məmləkəti Şanlıurfadan namizədi olmuşdu.
Tatlısəs bu dəfə İzmirdən namizədlik üçün qeydiyyatdan keçəcək.
Qeyd edək ki, sənətçi ötən il İzmirə köçüb.