İbrahimov qardaşları Dnepr sakinlərini təşvişə salıb

İbrahimov qardaşları Dnepr sakinlərini təşvişə salıb

Baxış sayı: 2. 393 dəfə baxılıb.

Ukraynanın Dnepr şəhərində reyder yolu ilə daşınmaz əmlakın və cəlbedici torpaq sahələrinin zəbt olunması halları çoxalıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “antikor.com.ua” yazır.

Saytın məlumatına əsasən yerli sakinlər reyder qəsblərinə görə, daha çox İbrahimov Firuz və İbrahimov Şahin qardaşları və onlarla əlaqəli şəxlərə eyham vurur.

Məqalədə qeyd olunur ki, daşınmaz əmlakların ələ keçirilmə sxemi və metodlarında kriminal əlamətlər gözə dəyir; Azərbaycan icması isə İbrahimov qardaşlarının müdafiəsinə qalxaraq, müxtəlif aksiyalar keçirir.

Sonuncu belə aksiya mayın 15-də Dneprin Apelyasiya məhkəməsinin qarşısında yer alıb. Azərbaycan icmasının nümayəndələri əmin edir ki, yerli qurumlar şəhərdə 40 ildən çox yaşayan azərbaycanlıların şəxsi bizneslərini inkişaf etdirmələrinə imkan vermir.

.
www.ÇıxışYolu.Com